"Juninyonun “Qarabağ”dan mümkün gedişi bu komanda üçün faydalı olardı”

19 Dekabr 2024 22:40 Qarabağ 1 918
"Juninyonun “Qarabağ”dan mümkün gedişi bu komanda üçün faydalı olardı”

"Sevilya"nın "Qarabağ"ın hücumçusu Juninyonun transfer etməkdə maraqlı olması barədə xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun hücumçusunun "Sevilya"ya mümkün keçidi Rumıniya mətbuatında da geniş yayılıb.

Belə ki, "sport.ro" nəşri braziliyalının İspaniya klubuna keçmək variantının olmasından yazıb.

Rumıniyalı həmkarlarımız hadisələrin gedişi diqqətlə izləyərək bunları qeyd edib:

"Juninyonun mümkün gedişi FKSB üçün faydalı olardı. Təbii ki, sövdələşmə yanvarın 23-nə, yəni “Qarabağ”la oyunun Bakıda keçiriləcəyi vaxta qədər tamamlanarsa".

Juninyonun "Qarabağ"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti