"Qarabağ"da daha bir problem - Dörd həftə kənarda qalacaq

18 Dekabr 2024 19:20 Qarabağ 683
"Qarabağ"da daha bir problem - Dörd həftə kənarda qalacaq

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Sportinfo.az xəbər verir ki, oyunçunun arxa bud əzələsində problem aşkarlanıb.

33 yaşlı müdafiəçi "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəldikləri matçın birinci hissəsində zədələnərək əvəzlənmişdi.

Daha əvvəl "köhlən atlar"ın digər müdafiəçiləri Bəhlul Mustafazadə ilə Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayevin təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti