Qurban Qurbanov sevinir

5 Dekabr 2024 00:30 Qarabağ 4 186
Qurban Qurbanov sevinir

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” - “Qarabağ” oyunundan (0:2) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun brifinqi keçirilib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

“Qalib gəlmək vacib idi. Bunu reallaşdırdığımız üçün sevinirik.

Bu, heç də asan olmadı. Qarşımızda çox yaxşı müdafiə olunan və təhlükəli əks-hücumlara keçən kollektiv var idi.

Növbəti mərhələyə vəsiqə qazandığımız üçün futbolçularımızı təbrik edirəm. Belə bir havada uzaq məsafə qət edib, bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti