
“Yaxşı oyun keçirdik, düzdür, xeyli qol şansımız olsa da, yalnız birindən istifadə etdik.
Əsas odur ki, 3 xal qazandıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Bakıda “Molde”yə qalib gəldikləri matçı (1:0) şərh edərkən deyib.
Rusiyalı qolkiper öz çıxışını belə dəyərləndirib:
“Rəqibin elə də çox şansı olmadı. Düzdür, oyun praktikam bir qədər azdır., lakin ümumi olaraq çıxışımı mormal qiymətləndirərdim”.
O, xeyli qol epizodlarını boşa vermələrinin səbəbini söyləməkdə çətinlik çəkib:
“Ola bilər ki, bəzi epizodlarda konsentrasiya çatmadı, yaxud ani qərar qəbul etmək mümkün olmadı. Rəqib qapıçının yaxşı çıxış etdiyini də deməliyəm”.
Andrey Lunyov rəqibin onları heç nə ilə təəccübləndirmədiyini vurğulayıb:
“Molde”nin oyununu təhlil etmişdik. Prinsipcə, onlar bizi heç nə ilə təəccübəndirmədilər. Elə gözlədiyimiz futbolu da sərgilədilər”.
“Qarabağ”ın qapıçısı komandasının qrupdan çıxmaq şanslarını da dəyərləndirib:
“Əgər növbəti oyunlarda da bugünkü kimi oynasaq, qrupdan çıxmağımız mümkündür. Hər şey özümüzdən asılıdır”.