Bu hadisə "Qarabağ"nin başına ikinci dəfə gəldi – VİDEO+FOTOREPORTAJ

29 Noyabr 2022 02:00 Qarabağ 521
Bu hadisə "Qarabağ"nin başına ikinci dəfə gəldi – VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, lider "Qarabağ" "Zirə" komandasını qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu, "köhlən atlar"ın cari mövsümdə ikinci xal itkisi olub.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran Ağdam təmsilçisi ilk pillədəki mövqeyini qoruyub. 23 xalı olan "qartallar" isə 4-cüdür.

Turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1.

Tura noyabrın 29-da "Turan Tovuz" - "Sabah" və "Sumqayıt" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"