Qurban Qurbanov: "Əgər bizim şansımız varsa..." - VİDEO

30 Avqust 2022 02:30 Qarabağ 1 127
Qurban Qurbanov: "Əgər bizim şansımız varsa..." - VİDEO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis şansdan maksimum istifadə edəcəklərini deyib:

"İddialı bir qrupa düşdük. Birbaşa göründü ki, hər komandanın çox böyük şansı olacaq. "Frayburq"la "Nant" "Böyük beşlik" ölkələrinin komandasıdır.

"Olimpiakos" da illərboyu həmişə çox iddialı olub. Rəqiblərlə yaxından tanış olacağıq.

Maksimum çalışacağıq ki, rəqibləri yaxından tanıyaq və hər birinə qarşı düzgün hazırlaşaq. Həmişə dediyim kimi əgər bizim şansımız varsa, bundan maksimum istifadə edəcəyik.

Xeyirlisi inşallah. İnanıram ki, qarşıda bizi fərqli oyun sistemləri olan rəqiblərə qarşı maraqlı oyunlar gözləyir. Hər rəqibin öz oyun üslubu var.

İnanıram ki, futbolçularımla birlikdə onlara qarşı yaxşı oyun göstərmək üçün ən yaxşısını edəcəyik."

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!