“Qarabağ”ın futbolçusu “Kəpəz”də!

28 İyun 2022 19:40 Qarabağ 5 362
“Qarabağ”ın futbolçusu “Kəpəz”də!

Premyer Liqaya hazırlaşan “Kəpəz” yay toplanışını Gəncədə keçir.

İyunun 21-də doğma şəhərdə bir araya gələn Yaşar Vahabzadənin yetirmələri bu ayın sonuna qədər doğma şəhərdə məşq edəcək.

Yeni transferlər – Kamran İbrahimov, Tural Axundov, Samir Məhərrəmli və Elvin Yunuszadə də kollektivə qoşulub.

Hazırda bir neçə legionerlə danışıq aparılsa da, yekun nəticə əldə olunmayıb. Yaxın günlərdə hansısa əcnəbinin Gəncəyə səfər etməsi inandırıcı deyil.

“Kəpəz”in növbəti hədəfi “Qarabağ”ın üzvüdür. Başa çatan mövsümdə əsas komanda ilə məşq edən, “Səbail”lə oyunda “11-lik”də yer alan Zamiq Əliyev Vahabzadənin sərəncamında görmək istədiyi futbolçudur.

U-21-in də şərəfini qoruyan 21 yaşlı müdafiəçi üçün klublar arasındakı danışıq prosesinin başa çatdığını deyə bilərik. Bu isə o deməkdir ki, Zamiq yaxın günlərdə “Kəpəz”ə qoşulacaq.

Gəncə təmsilçisi gənc futbolçunu 1 illik icarə müqaviləsi əsasında oynadacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti