"Qarabağ" və Qurbanov bu gün nəyə imza ata bilər?

27 May 2022 17:00 Qarabağ 823
"Qarabağ" və Qurbanov bu gün nəyə imza ata bilər?

Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan Kubokunun finalı hər iki komanda üçün əlamətdar ola bilər.

Sportinfo.az xəbər verir ki, titulu "Qarabağ" qazansa, Qurban Qurbanov yeni rekorda imza atacaq.

O, baş məşqçi kimi bu mükafata ən çox sahib çıxan ilk mütəxəssis olacaq. Qurbanov hazırda eyni sayda - 4 dəfə qalib adını qazanan Mehman Allahverdiyevlə şərikdir.

"Zirə"nin qələbəsi isə Rəşad Sadıqova ilk titulunu qazandıracaq. Sadıqov bu turnirdə baş məşqçi kimi qalib olan 16-cı mütəxəssis olacaq.

Bundan əlavə, "köhlən atlar" qələbə qazanacağı təqdirdə 7-ci dəfə Azərbaycan Kubokunu əldə edəcək və ölkə futbolu tarixində yeni rekord müəyyənləşdirəcək.

İndiyədək 6 dəfə bu mükafata sahib çıxan Ağdam klubu "Neftçi" ilə şərikli rekordçudur.

Digər Xəbərlər
Xəbər Lenti