Xarici klub “Qarabağ“lıya nə qədər pul ödəmək istəyir?

21 Fevral 2022 14:00 Qarabağ 4 607
Xarici klub “Qarabağ“lıya nə qədər pul ödəmək istəyir?

“Turan“ın Emil Balayevə təklif etdiyi müqavilə şərti məlum olub.

Qazaxıstan klubu “Qarabağ“ın qapıçısına illik 120 min dollar ödməyə hazırdır.

Əslində, yığmamızın keçmiş “1 nömrə“sinin istədiyi məbləğ bundan çoxdur. Sadəcə, son ilyarımda az oynadığından, Türküstan vilayətinin təmsilçisi ilə danışıqlarda güzəştə getməyə məcburdur.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da Emil Balayevin karyerasını yenidən Qazaxıstanda davam etdirməsinə razılıq verib.

Sadəcə, “əlcək sahibi” bunun üçün bir qədər gözləməlidir. Problem ondadır ki, Şahruddin Məhəmmədəliyev hələ tam sıraya dönməyib.

Iki ay öncə əməliyyat olunan kiperin formaya düşməsi bir neçə həftə uzana bilər. Işdir, o, bu vaxtdan tez sağalsa, “Qarabağ” Balayevlə müqaviləyə fevralın sonu, martın əvvəlində xitam verəcək.

“Aktobe”dən sonra “Turan” da Azərbaycan millisinin qolkiperinin xidmətində maraqlıdır.

Yerli Premyer Liqa təmsilçisinin baş məşqçisi Vladimir Qazzayev onu “1 nömrə” gözündə görür. 28 yaşlı kiper 2019-cu ildə məhz Qazzayevin rəhbərliyi altında “Tobol”da çıxış edib.

O, buradan 2019-cu ilin iyulunda istefa verib. “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədər olan Emil Balayev hazırda komandanın 3-cü qapıçısıdır.

Ağdam klubundan rəqabətə tab gətirməyən “əlcək sahibi” Qazaxıstana qayıtmaq üçün gün sayır. Çünki artıq martda adıçəkilən ölkədə yeni mövsümə start veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"