Getdiyi ölkədən “Qarabağ”a qayıtmadı - “Xəbər göndərdi ki...”

10 Yanvar 09:20 Qarabağ 19 034
Getdiyi ölkədən “Qarabağ”a qayıtmadı - “Xəbər göndərdi ki...”

"Qarabağ"ın əlcəzairli legioneri Yassin Benzia komandanın təlim-məşq toplanışında iştirak etmir.

Sportinfo.az xəbər verir ki, o, bu səbəbdən "Kəpəz"lə yoxlama matçını da buraxıb.

Hətta 30 yaşlı yarımmüdafiəçi qış hazırlığı başlasa da, hələ də Azərbaycana qayıtmayıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərə bunun səbəbləri barədə danışıb.

Mütəxəssis açıqlamasında bildirib ki, Benzia anasının səhhətinin yaxşı olmadığına görə Bakıya qayıtmayıb:

"Anasının durumu ağırdır. Ona görə hələ qayıtmayıb. Xəbər göndərdi və biz də razılaşdıq ki, hələlik anası ilə olsun. Nə vaxt geri qayıdacağı hələ bilinmir".

Y.Benzia 2023-cü ilin yayından Ağdam təmsilçisinin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu