"Bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam"

1 Avqust 2024 02:50 Paris-2024 1 265
"Bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam"

"Bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan triatlonçusu Rostislav Pevtsov deyib.

Təmsilçimiz Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışıb:

"Artıq üçüncü dəfə olimpiadada iştirak etdiyim üçün xoşbəxtəm. Belə yarışlar idmançılara üstünlük verir.

Bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam. Yarışın ikinci dövrəsində velosipedimin təkəri deşildi.

Onu dəyişmək çox vaxtımı aldı. Təəssüf ki, bu hadisəyə görə mükafatçılar sırasına düşə bilmədim.

Yarışdan sonra bir az istirahət etmək istəyirəm. Daha sonra yenidən məşqlərə start verəcəyəm".

R.Pevtsov bu gün çıxış etdiyi yarışı 43-cü pillədə başa vurub. O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.

Digər Xəbərlər
Xəbər Lenti