Azərbaycanlı İdarə Heyətinə üzv seçildi - FOTO

19 Sentyabr 2021 23:40 Paris-2024 13 158
Azərbaycanlı İdarə Heyətinə üzv seçildi - FOTO

Avropa Taekvondo Birliyinin (ATB) növbəti Baş Assemblyası keçirilib.

Sportinfo.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş tutan toplantıda ATB-nin prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən formalaşıb.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib.

O, yenidən ATB-nin İdarə Heyətinə üzv seçilib. 14 üzvü olan İdarə Heyəti növbəti 4 il müddətində qurumun inkişaf strategiyasını müəyyən edəcəklər.

Baş Assemblyanın yekununa əsasən Sakis Praqalos Avropa Taekvondo Birliyinin prezidenti kimi fəaliyyətini 2025-ci ilədək davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi