Rumıniya KİV-i “Sportinfo“nun “Neftçi”nin baş məşqçisi haqda yaydığı xəbəri təsdiqlədi

23 Mart 2023 11:20 Neftçi 1 144
Rumıniya KİV-i “Sportinfo“nun “Neftçi”nin baş məşqçisi haqda yaydığı xəbəri təsdiqlədi

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Qətərdən təklif alıb.

Sportinfo.az-ın martın 15-də yaydığı xəbər bu gün Ruminiya mediası tərəfindən təsdiqlənib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/165427.html).

Yerli “digisport.ro” saytı verdiyimiz informasiyanı doğrulayıb və bildirilib ki, 48 yaşlı mütəxəssis Qətər klublarının diqqət mərkəzinə düşüb. Adıçəkilən ölkənin bir neçə komandası mövsümün sonunda onun keçidinə çalışacaq.

Ancaq bunun üçün ilk növbədə “Neftçi”nin razılığını almaq lazımdır. Çünki Regekampfın bakılılarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Regekampfın rəhbərlik etdiyi “Neftçi” hazırda Azərbaycan Premyer Liqasında üçüncü pillədə qərarlaşır.

Rege ötən ilin iyunundan «Neftçi»dədir. «Ağ-qaralar»la bağladığı müqavtlənin müddəti 2 ildir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"