Ərəblərdən "Neftçi"nin baş məşqçisinə 800 minlik TƏKLİF

15 Mart 2023 13:00 Neftçi 2 018
Ərəblərdən "Neftçi"nin baş məşqçisinə 800 minlik TƏKLİF

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampf Qətərdən dəvət alıb.

Paytaxt Dohanı təmsil edən klublardan biri rumıniyalı çalışdırıcının agenti ilə əlaqə saxlayıb, onun şərtləri ilə maraqlanıb.

Təklifə görə, şərqi avropalı mütəxəssis ərəb ölkəsində işləməyə razılıq versə, iki il ərzində 800 min avro qazanacaq.

Bonuslarla bərabər onun bu müddətdə əldə edəcəyi məbləğ 1,2 milyon avroya çata bilər.

Rege ötən ilin iyunundan «Neftçi»dədir. «Ağ-qaralar»la bağladığı müqavtlənin müddəti 2 ildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti