“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qambay Vəzirov küçəsi, 2 a ünvanında yerləşən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Neftçi Futbol Akademiyası”nın inzibati binasının ümumi tikinti işləri ilə əlaqədar satınalmalar üzrə açıq tender başlayıb.
2 mərtəbə və 1 zirzəmidən ibarət, ümumi sahəsi 1637.4 kv.m. olan layihədə tikinti işlərinin tamamlanması, fasad işləri, daxil bəzək işləri, havalandırma və isitmə-soyutma sistemi, qazanxana və istilik şəbəkəsi, kommunikasiya sistemi (su, qaz, elektrik və s.), təhlükəsizlik sistemi (yanğın, müşahidə və s.), elektrik avadanlığı və texnikası, həmçinin mebelləşdirmə kimi işlər nəzərdə tutulub.
Buna kimi həmin işləri əsasən Cəbrayıl Cəbrayılova - klubun Müşahidə Şurasının üzvünə aid olduğu bildirilən şirkətlər görürdü.
Bazada nə varsa, nə qarşımıza çıxırsa, əksəriyyəti onunla bağlı idi.
2015-cü ildən sonra «Neftçi»nin idarəçiliyində yaxından iştirak etməyə başlayan SOCAR-ın üst səviyyəli məmuru başqa şirkətlərin tikinti prosesində iştirakına imkan vermirdi. Təbii ki, artıqlamasıyla qazanc əldə etmək üçün.
Ötən ilin son rübündən etibarən vəziyyət dəyişib. Cəbrayıl Cəbrayılov neft şirkətindəki mühüm vəzifəsi ilə vidalaşıb.
SOCAR-dan uzaqlaşdırılandan az keçmiş «Neftçi»dəki mövqelərini də əldən verib. Dekabrın 1 –də kluba yeni rəhbərlik gəlib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf Müşahidə Şurasının sədrliyinə gətirilib. O tarixdən üzü bu tərəfə çox şey dəyişib.
Cəbrayılova yaxınlığı ilə bilinən şirkət inşaat, onun kadrları isə gündəlik iş prosesindən kənarlaşdırılıb,
SPORTİNFO.AZ

