Futbol eksperti Emin Abbasov «Neftçi»nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfin klubdakı fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini tənqid edib.
O. ötən ilin dekabrında şuranın rəhbərliyinə gətirilən SOCAR-ın prezidentinin heç bir iş görmədiyini bildirib.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində proseslə bağlı fikirlərini bildirən tanınmış futbol adamı deyib ki, «ağ-qaralar»ın Premyer Liqanın ötən turunda «Turan Tovuz»a 0:4 hesablı məğlubiyyəti Nəcəfin passivinə yazılmalıdır.
O, sədrin klubdaxili probemlərin həllinə seyrçi qalmasını, Lorentsiu Regekampfı istefaya göndərməyə gecikdiyini söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

