«Neftçi»nin müdafiəçisi Azər Salahlı böyük məbləğdə cərimələnib.
Buna səbəb «Turan Tovuz»la Premyer Liqanın 33-cü tur matçında yaşanan hadisədir.
Belə ki, Lorentsiu Regekampfın əsas heyətdə yer vermədiyi arxa xətt oyunçusu özüylə mobil telefon götürüb. Ehtiyat skamyada başını telefonla qatan
Salahlı baş məşqçinin ona yönələn baxışlarına əhəmiyyət verməyib.
Gözünü və əlini telefondan çəkməyən Azər komandasının 0:4 hesablı biabırçı məğlubiyyətinə də biganə yanaşıb. O, final fitindən sonra heç nə olmamış kimi sakitcə yerindən qalxıb və ümumi dəhlizə üz tutub.
Müdafiəçi bu hərəkətindən dolayı may ayının əməkhaqqısından əlinə qəpik-quruş dəyəcək. Həm bu intizamsız davranışa, həm də komandanın məğlubiyyətinə görə.
Yönətim Tovuzdakı biabırçı nəticə səbəbindən bütün futbolçulara böyük miqdarda cərimə kəsib.
SPORTİNFO.AZ

