“Turan Tovuz” ölkə kubokunun yarımfinalında uduzduğu “Neftçi”ni darmadağın etdi.
Bazar günü bölgədə baş tutan qarşılaşmada bakılılara göz açmağa imkan verməyən meydan sahibləri 4:0 hesabı ilə parlaq qələbəyə sevindi.
Matç başa çatandan sonra tovuzlu azarkeşlər qələbəni sevimli məşqçi və futbolçu heyəti ilə birlikdə qeyd edirdi. Həmin an “Neftçi”lilərin paltardəyişmə otağına yön aldığını görən fanatlar qonaqları fitə basdı.
Fit və uğurlu səsləri qulaqları batırırdı. “Neftçi”nin kapitanı Emin Mahmudov tribunalarda gördüyü mənzərənin qarşılığında hirslənmədi.
Əksinə, komandalarına verdikləri dəstəyə və tribunalarda yaratdıqları ab-havaya görə tovuzlu azarkeşləri alqışları. Və ən maraqlısı, üzünü mərkəzi, sağ və sol sektora tutaraq.
Azərbaycan millisinin də şərəfini qoruyan futbolçunun bu cür addımı alqışlanmalıdır.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

