Emin Mahmudov da rəhbərlyin dəyişməsini, "Neftçi"nin iddialı olmasını gözləyir…

11 May 2023 14:00 Neftçi 2 054
Emin Mahmudov da rəhbərlyin dəyişməsini, "Neftçi"nin iddialı olmasını gözləyir…

"Neftçi"nin kapitanı Emin Mahmudovun yeni müqaviləyə imza atmamasının daha bir səbəbi məlum olub.

Yarımmüdafiəçi klubda rəhbərliyin dəyişməsini gözləyir.

Onun danışıqları uzatmasının, hər dəfə fərqli şərtlər irəli sürməsinin kökündə məhz bu dayanır.

Orta sahə oyunçusu «Neftçi»nin iddiasını itirməsindən narazıdır. Hazırkı idarəçilərdən əlini üzüb və onlarla bir yerdə olmaqdan məmnun deyil.

Mahmudov Müşahidə Şurasının yeni sədri Rövşən Nəcəfin «Neftçi»də islahatlar aparmasını, güclü, sözü ilə əməli üst-üstə düşən kadrların görəvə gətirilməsini, beləcə, iddiası real olaraq artan komandanın yaradılmasını istəyir.

Ona xoş gəlmir ki, formasını geyindiyi klub Premyer Liqada birinci və ikinci yer uğrunda mübarizə apara bilmir.

“Saturn”un yetirməsi olan 31 yaşlı futbolçu “Spartak”, “Tom”, “Krılya Sovetov”, “Mordoviya” və “Boavişta”da oynadıqdan sonra 2017-ci ildə “Neftçi”yə keçib.

Bakılılar ona 2+1 illik yeni müqavilə təklif edib. İllik təqribən 350 min dollar civarında. Eminin fikri isə yarım milyon dollar qazanmaqdır.

Tərəflər artıq 5-6 aydır bu mövzu ətrafında görüşür, fəqət, ortaq məxrəcə gələ bilmir.

Mahmudov Rusiyadan və Avropadan dəvət aldığını deyərək, yekun qərarını açıqlamağı uzadır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!