"Neftçi" rəhbərliyi futbolçuların pulunu kəsdi – Bu hadisəyə görə

10 May 2023 13:00 Neftçi 2 765
"Neftçi" rəhbərliyi futbolçuların pulunu kəsdi – Bu hadisəyə görə

«Neftçi» rəhbərliyi futbolçularını cəzalandırıb.

Bu barədə onlara komandadaxili toplantıda məlumat verilib.

Səbəb Premyer Liqanın 33-cü turunda qeydə alınan nəticədir.

Belə ki, «ağ-qaralar» səfərdə «Turan Tovuz»a 0:4 hesabıyla uduzub və beləcə, tarixinin ən ağır məğlubiyyətlərindən birini alıb.

Tovuzdakı hadisə bakılı oyunçuların «kisəsindən gedib». May ayının əməkhaqqısından böyük miqdarda cərimə tutulmasına qərar verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti