"Neftçi" bu quruma müraciət etdi – Yeniliyə sayılı günlər qalıb…

9 May 2023 11:40 Neftçi 1 511
"Neftçi" bu quruma müraciət etdi – Yeniliyə sayılı günlər qalıb…

«Neftçi»PFK Azərbaycan Respublikası Audiovizual Şurasına müraciət edib.

Paytaxt klubu internet üzərindən fəaliyyət göstərən eyniadlı kanala lisenziya almaq məqsədilə

Milli Televiziya və Radio Şurasının hüquqi varisinə məktub ünvanlayıb.

Premyer Liqanın bürünc medalçısı 3 ildir «yutub»da izləyicilərinin görüşünə gələn «Neftçi»TV-ni kabel televiziyasına çevirmək niyyətindədir.

Audiovizual Şuranın «Neftçi»nin müraciətinə yaxın günlərdə baxması və rəy verməsi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti