"Neftçi"yə üç qol vurdu, bu hadisəni yaşadı

9 May 2023 01:00 Neftçi 616
"Neftçi"yə üç qol vurdu, bu hadisəni yaşadı

"Turan Tovuz" Premyer Liqada ilk böyükhesablı qələbəsini qazanıb.

SportİNFO.az PFL-ə istinadən xəbər verir ki, debütantın ilk uğuru XXXIII tura təsadüf edib.

Ayxan Abbasovun yetirmələri “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qol vurub.

Bu görüşdə 3 qola imza atan Runi Eva het-trikə imza atıb. O, “Turan Tovuz”un tarixinə Premyer Liqada ilk het-trikin müəllifi kimi düşüb.

Runi həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunludur.

O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Runiyə qədər 6 afrikalı 7 matçda hərəyə üç qol vurub. Əhməd Ticani iki, digərləri bir het-trikə sevinib.

Qeyd edək ki, cari mövsümdə ikinci dəfə bir futbolçu matçda 3 qol vurub. Runiyə qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə XV turun qarşılaşmasında het-trik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!