"Neftçi"nin adını yerlə bir edənlər...

9 May 2023 21:00 Neftçi 19 975
"Neftçi"nin adını yerlə bir edənlər...

"Neftçi" "Qarabağ"a məğlubiyyətin (2:4) şokunu üzərindən atmamış Tovuzda "qəza"ya düşdü.

"Turan"nın qonağı olan komanda meydana çıxmağa peşman edildi.

Ayxan Abbasovun yetirmələri "Neftçi"nin qapısından nə azı, nə çox 4 top keçirdi.

Qonaqlar nə 1-də ayıldılar, nə də 4-də. Həmin gün Region Liqasının klubu belə təhqirə bu şəkildə səbr etməzdi. Amma "Neftçi"lilər heç nə yoxmuş kimi davam etdilər. Ən azından təsəlli qolunu vurmağa, fərqi azalmağa cəhd etmək olardı. Olmadı!

Ölkənin ən köklü klubu rəsmən meydanda təhqir olundu. Rəqib nə "Qarabağ" idi, nə də "Sabah". Heç "Zirə", "Qəbələ" də deyildi.

"Turan" idi, "Turan". Ötən yay məşqə çıxmağa forma tapmayan, Gürcüstana toplanışa getmək üçün borca pul axtaran peşəkar komanda.

"Neftçi" də onda bəh-bəhlə milyonlar tökdüyü Regekampfı təqdim edirdi. Gürcüstan millisinin üzvü Kverkveliyaya xüsusi təqdimat hazırlayırdı.

Hələ bunun Kenni Sayefini, Ataa Kaberin demirəm. Bunun üçün idimi?

Məncə, mövsümün sonunu gözləmədən "Neftçi"nin adını, rənglərini Tovuzda yerlə bir edənlər elə ötən yay olduğu kimi "təm-tərəqlə: yola salınmalıdır. Yox, rədd edilməlidir.

XANOLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!