Premyer Liqanın 33-cü turunda “Turan Tovuz” doğma meydanda “Neftçi”ni qəbul edir.
Yerli azarkeşlər prinsipial qarşılaşmaya böyük maraq göstərib.
Mərkəzi sektordakı tribunalarda demək olar boş yer yoxdur.
Lakin eyni sözləri qonaq fanatlar üçün demək olmur. Cari mövsümdə komandanın bütün ev və səfər qarşılaşmalarında görünən “Forza Neftçi”nin üzvləri Tovuza səfər etməyi məqsədəuyğun görməyib.
Bunun nəylə əlaqədar olduğunu konkret iddia etmək çətin olsa da, ilk ehtimal ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda yaşananlardır.
Görünür, klub rəhbərliyi Tovuzda yaşana biləcək mümkün insidentin qarşısını almaq üçün azarkeşlərdən səfərə çıxmamağı xahiş edib.
Hər halda, mövzuya qayıdacağıq.
HƏBİB / SPORTİNFO.AZ

