“Benzianın ayağını bilmədəm tapdaladım. Topa tərəf baxırdım deyə, bilmədən oldu”.
“Neftçi”nin futbolçusu Voislav Stankoviç Sportinfo.az-a açıqlamasında “Qarabağ”la oyunda aldığı qırmızı vərəqəni şərh edib.
Premyer Liqanın 32-ci turunda keçirilən “Neftçi” – “Qarabağ” matçının 31-ci dəqiqəsində serbiyalı müdafiəçi meydanı vaxtından əvvəl tərk etməli olmuşdu.
Top uğrunda ikili mübarizə zamanı yerə yıxılan Yassin Benzianın ayağını tapdayan Stankoviç hakimin VAR-a baxmasından sonra qarşısında qırmızı vərəqə görmüşdü.
Voislav epizoda şərh verərkən bəlkə də heç bir futbolçunun etməyəcəyi etirafda bulunaraq qırmızı vərəqənin haqlı olduğunu bildirib:
“Benzia sürüşmə fəndindən istifadə edib topu uzaqlaşdırdı. Mən isə topsuz qaldığıma görə birbaşa rəqibin ayağının üstünə düşdüm.
Dərhal kobud səhvə yol verdiyimi anladım. Orada başqa yolum yox idi.
Tullandıqdan sonra ayağımı yerə qoymalıydım, orada isə Benzianın ayağı var idi.
Ayağını görsəydim, həmin hadisə baş verməyəcəkdi. İstəmədən, bilmədən oldu. Dərhal da hərəkətimə görə Benziadan üzr istədim.
Hakim göstərdiyi qırmızı vərəqəyə görə tam haqlı idi. Etdiyim hərəkət “qırmızı”lıq idi.
VAR-da da açıq-aşkar görünürdü. Təəssüf ki, belə alındı.
Bəlkə də oyunda qalsaydım, daha yaxşı oynayar, uğurlu nəticə qazana bilərdik”.
Voislav Stankoviç yol verdiyi kobud qayda pozuntusuna görə İntivam Komitəsi tərəfindən 2 oyunluq cəzalanıb.
HƏBİB

