“Neftçi" şikayət etdi, Kamran Quliyevin cəzasını yumşaltdılar

5 May 2023 22:40 Neftçi 801
“Neftçi" şikayət etdi, Kamran Quliyevin cəzasını yumşaltdılar

AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb.

Sportinfo/az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum klubun şikayətini qismən təmin edib.

Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib.

Kamran Quliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!