"Neftçi"nin legioneri ilə bağlı qərar verildi - Gedir, yoxsa qalır?

5 May 2023 22:20 Neftçi 2 356
"Neftçi"nin legioneri ilə bağlı qərar verildi - Gedir, yoxsa qalır?

"Neftçi"nin futbolçusu İvan Brkiç karyerasını Türkiyədə davam etdirə bilər.

Bu barədə Türkiyə mətbuatı bir neçə gün olar məlumat yayıb.

Qardaş ölkə mediasının iddiasına görə, "Trabzonspor" klubu xorvatiyalı qolkiperin xidmətində maraqlıdır.

Qaradəniz təmsilçisinin xorvat qapıçını azad agent kimi heyətinə qatmaq istədiyi bildirilir.

Amma Bakı klubundan əldə etdiyimiz məlumata görə, Brkiçlə bağlı iddanın heç bir əsası yoxdur.

27 yaşlı futbolçu karyerasını "ağ qaralar"da davam etdirəcək. Onunla yeni müqavilə şərtləri də razılaşdırılıb.

2022-ci ildən "Neftçi"nin şərəfin qoruyan Brkiç bu mövsüm 23 oyunda 24 qol buraxıb. Onun klubla sözləşməsi sezonun sonunda başa çatır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!