“Oyuna pis başlamamışdıq. Lakin öz səhvlərimiz ucbatından buraxdığımız erkən qollardan sonra işimiz çətinləşdi”.
“Neftçi”nin futbolçusu Voislav Stankoviç Sportinfo.az-a açıqlamasında komandasının “Qarabağ”la oyununu şərh edib.
Premyer Liqanın 32-ci turu çərçivəsində baş tutan mərkəzi qarşılaşmada son çempion rəqibinə göz açmağa imkan verməyərək 4:2 hesablı qələbəyə sevindi.
Serbiyalı müdafiəçi məlum qarşılaşma ilə bağlı danışarkən çoxlarının dilinə gətirə bilmədiyi səmimi açıqlamalarla diqqət çəkib:
“Qarabağ” kimi rəqiblə oynayırsansa və 15 dəqiqə ərzində heç nədən iki top buraxırsansa, yaxşı mənada nəyəsə ümid etmək yersizdir.
Bilirdik ki, onlara qarşı oyunda son dərəcə diqqətli olmasaq, cəzalandıracaqlar. Göründüyü kimi, bizi əks-hücumlarda yaxaladılar.
Çox danışmaq mənasızdır. Etiraf etmək lazımdır ki, bu gün “Qarabağ” bizdən güclüdür.
Bunu etiraf etməyi bacarmalıyıq. Və həmin oyunda layiqli qələbə qazandılar.
Bəlkə də qırmızı vərəqə alıb komandanı çətin vəziyyətdə qoymasaydım, nəticə başqa cür ola bilərdi”.
“Neftçi” 31-ci dəqiqədən etibarən bir nəfər azlıqda olmasına baxmayaraq, hesab arasındakı fərqli minimuma endirə bilmişdi - 2:3. Abdulla Zubirin son dəqiqələrdə vurduğu qol matçda həlledici oldu.
HƏBİB

