“Azərbaycanı sevməyimin başlıca səbəbi...” – Ölkəmizin vurğunu olan legioner

4 May 2023 14:00 Neftçi 2 509
“Azərbaycanı sevməyimin başlıca səbəbi...” – Ölkəmizin vurğunu olan legioner

“İndiyə qədər müxtəlif ölkələrdə, müxtəlif çempionatlarda top qovmuşam. Səmimi deyəcəm, Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm”.

“Sumqayıt”ın hücumçusu Kərim Abubakar Sportinfo.az-a açıqlamasında Azərbaycanda gördükləri barədə danışıb.

Əslən Qanadan olmasına baxmayaraq, futbolçu karyerası İspaniya klubları ilə bağlı olan 27 yaşlı forvard İsraildə də legioner həyatı yaşayıb.

Lakin Azərbaycanda yaşamaq onu daha çox məmnun edir. Səbəbini öz dilindən eşidək:

“Ölkənizi sevməyimin başlıca səbəbi Azərbaycanın sakit və İslam ölkəsi olmasıdır. Rahat şəkildə ibadət edirəm, lazım olanda məscidə gedə bilirəm.

Avropada bu baxımdan bəzən problemlərlə üzləşirik. Burada insanlar da olduqca mülayimdir.

Küçədə görəndə yaxınlaşıb danışırlar, çətinliklərlə maraqlanırlar. Azərbaycan gözlədiyimdən də yaxşıdır və burada olmaqdan qürür hissi duyuram”.

Qış fasiləsində “Sumqayıt”la müqavilə bağlayan Abubakar Premyer Liqada meydana çıxdığı 14 oyunda 3 qol vurub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!