Ən böyük sanksiya “Neftçi”nin əməkdaşına verildi

3 May 2023 23:20 Neftçi 1 668
Ən böyük sanksiya “Neftçi”nin əməkdaşına verildi

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarındakı neqativ hallara görə klubları cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, ən böyük sanksiya “Neftçi”nin tərcüməçisi Vüqar Əliyevə verilib.

O, “Turan Tovuz”la matçın 90+8-ci dəqiqəsində qonaqların rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə, Azərbaycan Kubokunda 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Bu davranış klubu da 4000 manat ziyana salıb.

Bundan başqa, azarkeşlər tərəfindən meydançaya kənar əşya atılması, həmçinin, meydançaya kənar şəxslərin daxil olması, görüş bitdikdən sonra arenaya və dəlizə “A Buraxılışı” olmayan insanların girməsi və fanatların kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsi “Neftçi”nin daha 8000 manat məbləğində cərimələnməsinə səbəb olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!