SOCAR-ın prezidenti Rövşən Nəcəf Sadıq Sadıqovu Müşahidə Şurasının sədri olduğu «Neftçi»yə qaytarmaq niyyətindədir.
Futbol eksperti Emin Abbasov bu haqda ATV-də yayımlanan «Futbolumuz» verlişində danışıb.
O bildirib ki, Nəcəf 2010-2015-ci illərdə paytaxt klubunun prezidenti postunu tutmuş Sadıqovla görüşüb, onunla bu yöndə müzakirələr aparıb.
Abbasov «Neftçi» azarkeşlərinin son illərdəki uğursuzluqlardan bezdiyini, idarəetmə aparatında dəyişiklik istədiyini xatırladıb.
Ekspert qeyd edib ki, Sadıqov bu sahəni kifayət qədər yaxşı bilir və rəhbər olduğu illərdə «ağ-qaralar»a uğurlar qazandırıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

