“Neftçi”dən: “O, ailəsinə öpüş göndərib, kimisə təhqir etməyib” - VİDEO

2 May 2023 21:00 Neftçi 1 613
“Neftçi”dən: “O, ailəsinə öpüş göndərib, kimisə təhqir etməyib” - VİDEO

Xəbər veridiyimiz kimi, «Neftçi»nin serbiyalı müdafiəçisi Vojislav Stankoviç qalmaqallı hərəkətə yol verib.

Hadisə «Turan Tovuz»la kubok qarşılaşmasından sonra baş verib.

Belə ki, son dəqiqələrdə vurulan 2 qolla yarımfinal mərhələsini ağlayan «ağ-qaralar»ın legioneri qonaq azarkeşlərə ədəbsiz jest göstərib.

“Neftçi”nin idman direktoru Zaur Əzizov Sportinfo.az-a açıqlamasında olaya münasibət bildirib. O, serbiyalı legionerin qonaq tərəfdarları təhqir etmədiyini deyib:

“Təəssüflənirik ki, bizim futbolçu ilə bağlı belə bir xəbər yayımlanır. Videodan aşkar görünür ki, Stankoviç qələbəni ailəsi ilə qeyd edir.

Onun jestlər etdiyi istiqamət klubun ailə “sky-box”sudur. Bunu tovuzlu azarkeşlərə qarşı ədəbsiz jest kimi qəbul eləmək olmaz.

Çünki o, üzünü ailəsinin olduğu tərəfə çevirib və onlara hava öpüşü göndərir. Istiqaməti yalnız bir tərəfə - tribunanın ikinci yarusunadır”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!