“Neftçi” Premyer Liqanın 32-ci turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını yekunlaşdırıb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” "Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıblar.
Hazırlıq prosesində toplu və taktiki çalışmalar icra olunub.
Mayın 2-də “Bakcell Arena”da keçiriləcək bu görüşə saat 20:00-da start veriləcək.

