Regekampfın "sağ əli"nin aranı qarışdırdığı NÖVBƏTİ VİDEO ÜZƏ ÇIXDI

1 May 2023 22:20 Neftçi 1 045
Regekampfın "sağ əli"nin aranı qarışdırdığı NÖVBƏTİ VİDEO ÜZƏ ÇIXDI

«Neftçi»nin tərcüməçisi Vüqar Əliyevin «Turan Tovuz»la qarşılaşmada yol verdiyi qalmaqallı hərəkətə aid daha bir görüntülər üzə çıxıb.

Gördüyünüz bu videonu saytımıza tovuzlu futbolsevərlər təqdim edib.

Kadrlardan aydın olur ki, Lorentsiu Regekampfın «sağ əli» komandanın ikinci qolundan sonra qonaqların əyləşdiyi texniki zonanın önündən keçərkən, qeyri-etik hərəkətə yol verir.

«Neftçi»li futbolçuların baş məşqçidən daha çox çəkindiyi Əliyev əlini «Turan»ın nümayəndələrindən birinə tuşlayaraq, aranı qarışdıran ifadələr işlədir.

Belə olmasaydı, tovuzu təmsilçilər onun arxasınca yeriməzdi.

Epizod qorşılaşmanın 90+8-ci dəqiqəsinə təsadüf edir. Baş hakim Fərid Hacıyev bu hərəkətinə görə Vüqar Əliyevə qırmızı vərəqə göstərir və texniki zonadan uzaqlaşdırır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!