"Neftçi"nin futbolçusu baş məşqçinin yazdığını pozdu, rəhbərliyə tələbini çatdırdı

1 May 2023 14:00 Neftçi 2 755
"Neftçi"nin futbolçusu baş məşqçinin yazdığını pozdu, rəhbərliyə tələbini çatdırdı

«Neftçi»nin yarımmüdafiəçisi Eddi İsrafilov maraqlı addım atıb.

O, «Turan Tovuz»la kubokun yarımfinal mərhələsinin cavab qarşılaşmasından sonra paltardəyişmə otağında hamının diqqətini öz üzərinə çəkib.

Belə ki, cəzalı olduğu üçün matçı kənardan izləyən orta sahə oyunçusu Lorentsiu Regekampfın taktiki gedişləri yazdığı lövhəni silərək, ora «10000» yazıb.

Milliləşdirilən futbolçu bununla yoldaşlarının istədiyi mükafatı rəhbərliyə çatdırıb.

«Ağ-qaralar» Tovuzdakı ilk görüşdə 0:1 hesabıyla uduzub. Cütün taleyi həlledici oyunun son dəqiqələrində müəyyənləşib.

Emin Mahmudov və Kenni Sayefin vurduğu qollar paytaxt təmsilçisini finala daşıyıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!