"Neftçi"nin idman direktoru "Sportinfo"ya dedi - Baş məşqçini istefaya yollayacaqlar?

30 Aprel 2023 12:20 Neftçi 1 799
"Neftçi"nin idman direktoru "Sportinfo"ya dedi - Baş məşqçini istefaya yollayacaqlar?

«Biz hələlik bu barədə düşünmürük».

«Neftçi»nin idman direktoru Zaur Əzizov Sportinfo.az-a açıqlamasında baş məşqçi Lorentsiu Regekamfın gələcək perspekivi haqda danışıb.

Ötən ilin dekabrından paytaxt klubunda fəaliyyət göstərən təcrübəli funksioner mövsümlərarası fasilədə görəvə gətirilmiş rumıniyalı mütəxəssisin gələcək aqibəti barədə ehtiyatlı fikirlər söyləyib.

O, «komanda mövsümü kuboksuz başa vursa, Regenin ikillik müqaviləsinə vaxtından əvvəl xitam verilə bilərmi» sualına belə cavab verib:

«İndi bütün fikrimizi qarşıdakı oyuna vermişik. «Qarabağ»la derbi oyunumuz var.

Kubokun finalı haqda düşünməyə vaxtımız olacaq. Həmin gün nə olacaqsa, onda da bu haqda danışarıq».

Bakılılar ölkə kubokunun finalında "Qəbələ" ilə üz-üzə gələcək. Qarşılaşma 3 iyun tarixində "Bakcell Arena"da baş tutacaq.

Regekamfp bu oyunla bağlı iddialı açıqlama verib. Rumıniyalı «finalda uduzmağı ağlımın ucundan da keçirmirəm» söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!