"Neftçi"nin əcnəbi futbolçusundan ədəbsiz jest - QALMAQALLI VİDEO

29 Aprel 2023 21:00 Neftçi 2 588
"Neftçi"nin əcnəbi futbolçusundan ədəbsiz jest - QALMAQALLI VİDEO

«Neftçi»nin serbiyalı müdafiəçisi Vojislav Stankoviç qalmaqallı hərəkətə yol verib.

Hadisə «Turan Tovuz»la kubok qarşılaşmasından sonra baş verib.

Belə ki, son dəqiqələrdə vurulan 2 qolla yarımfinal mərhələsini ağlayan «ağ-qaralar»ın legioneri qonaq azarkeşlərə ədəbsiz jest göstərib.

Əlbəttə, Stankoviç bu hərəkətinə görə cəzalanmalıdır. Həm AFFA İntizam Komitəsi, həm klub rəhbərliyinin özü ona yerini göstərməlidir.

Balkanlı əcnəbi mütləq surətdə qeyri-etik davranşının qarşılığını almalıdır.

Vojislava yeri göstərilməli, həddi anladılmalıdır. Bütün vasitələrlə!

Bir də qələt edib belə hərəkəti təkrarlamasın deyə!

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!