Xorvatiya mətbuatına “Neftçi”nin məqsədini açıqladı

29 Aprel 2023 00:40 Neftçi 1 107
Xorvatiya mətbuatına “Neftçi”nin məqsədini açıqladı

“Neftçi”nin qapıçısı İvan Brkiç Azərbaycan kubokunun “Turan Tovuz”la yarımfinal mərhələsinin cavab matçında qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, “Vecernji List”ə açıqlama verən xorvatiyalı qolkiper finala vəsiqə qazanmaqları barədə danışıb:

“Tovuzdakı məğlubiyyətin təsadüf olduğunu göstərdik. Cavab oyununda layiqli qələbə qazanaraq finala yüksəldik.

Amma çox çətin oyun alındı. Komanda matça səbirli yanaşdı və sona qədər də eyni formada oynadı.

Kubokun həlledici oyunu bizim stadionda baş tutacaq. Bu bizə üstünlük verəcək. “Neftçi”nin məqsədi mövsümü kubokla başa vurmaqdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!