Türkiyəli futbolçu Emin Mahmudovu Selcuk İnana bənzətdi

28 Aprel 2023 20:00 Neftçi 1 499
Türkiyəli futbolçu Emin Mahmudovu Selcuk İnana bənzətdi

Azərbaycan kubokunun finalçılarından biri “Neftçi” oldu.

Ötən həftə səfər qarşılaşmasında “Turan Tovuz”a uduzan “ağ-qaralar” (0:1) cavab görüşündə ciddi çətinliklə rastlaşmasına baxmayaraq, istəyinə çata bildi.

Bakılıların kapitanı Emin Mahmudov bu dəfə də liderlik bacarığını nümayiş etdirməklə komandasına həyat verdi.

Millimizin futbolçusu son dəqiqələrdə cərimə zərbəsindən möhtəşəm qola imza atıb “Bakcell Arena”ya toplaşan azarkeşləri sevindirdi.

Kenni Sayefin qolu isə tortun üstündə vişnə effekti idi.

Oyun başa çatandan sonra Emin “instagram” səhifəsində paylaşım edib:

“Möhtəşəm dəstəyinizlə qələbə. Təbriklər, “Neftçi” ailəsi!”

Mahmudovun yazdığı sözlər izləyicilərin çoxsaylı minnətdarlıq mesajlarına səbəb olub ki, rəy yazanlar arasında “Neftçi”dəki komanda yoldaşları da var.

Mateus Saldanya: “Mən sənin fanatınam, kapitan”.

Kilan Lebon: “Bu, dəhşətli futbolçudur?”

Vato Arveladze: “Kapitan hər zamankı kimi yerindədir”.

İsmayıl Zülfüqarlı: “Butslar geri döndü”.

Mert Çelik: “Selcuk İnan”.

İvan Brkiçlə Sezar Meza Kolli Emin sevgisini paylaşıma ürək emojisi atmaqla bildirib.

Emin Mahmudov cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 39 oyunda 17 qol vurub, 8 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!