"Neftçi” rəsmisinin etdiyi qeyri-etik jestin VİDEO GÖRÜNTÜSÜ

28 Aprel 2023 16:40 Neftçi 1 700
"Neftçi” rəsmisinin etdiyi qeyri-etik jestin VİDEO GÖRÜNTÜSÜ

Azərbaycan kubokunun final mərhələsinə yüksələn ilk komandanın adı məlum oldu.

“Neftçi” ilk oyunda məğlub olduğu (0:1) “Turan Tovuz”u doğma meydanda 2:0 hesabı ilə üstələyərək titul uğrunda həlledici görüşə vəsiqə qazandı.

Nəfəsləri kəsən qarşılaşmada sual doğuran məqamlardan biri “ağ-qaralar”ın birinci qolundan sonra hakimin texniki zonaya yaxınlaşıb, tərcüməçi Vüqar Əliyevə qırmızı vərəqə göstərməsiydi.

Baş hakim Fərid Hacıyevin “dördüncü” İnqilab Məmmədovun göstərişindən sonra Əliyevi texniki zonadan uzaqlaşdırması çoxlarına qaranlıq qaldı.

Bildirək ki, Emin Mahmudovun hesabı açmasından sonra Vüqar Əliyev qolu qeyd etmək üçün “Forza Neftçi” azarkeşlərinin yer aldığı tribunanın önünə gedib. Qolun sevincini bayram edib “ağ-qaralar”ın ehtiyat oyunçular skamyasına qayıdanda isə “Turan Tovuz”un texniki zonasında yer alanlara əl jestləri edib, qeyri-etik ifadələr işlədib.

İnqilab Məmmədov bunu görən kimi baş hakimi məlumatlandırıb. Nəticədə tərcüməçi vaxtından əvvəl paltardəyişmə otağına göndərilib.

HƏBİB

Yaşanan epizod “Sportinfo”nun kamerasına tuş gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!