“Neftçi”nin xorvatiyalı qapıçısı İvan Brkiç “Trabzonspor”a keçə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “vecernji.hr” saytı məlumat yayıb.
Nəşrin iddiasına əsasən, 28 yaşlı kiper “ağ-qaralar”ın heyətində xoşbəxt olsa da, həmyerlisi Nenad Byelkanın “Trabzonspor”a baş məşqçi təyin olunması vəziyyəti dəyişə bilər:
“Brkiçin “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Onunla maraqlanan bir neçə klub var, hətta beşinci liqadan da əlaqə saxlayıblar.
Buna baxmayaraq, Brkiç Bakıda xoşbəxtdir, yəqin ki, komandasını dəyişməyəcək. Klub da ondan razıdır, yeni sözləşmə imzalamağa hazırdır.
Lakin Nenad Byelkanın “Trabzonspor”a keçidi onun da Türkiyəyə yolunu aça bilər”.
İvan Brkiç 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edir.

