"Son 7 sirli dəqiqədən "Nefçi"nin layiqli qələbəsinədək..." - VİDEO

27 Aprel 2023 14:00 Neftçi 983
"Son 7 sirli dəqiqədən "Nefçi"nin layiqli qələbəsinədək..." - VİDEO

Azərbaycan kubokunda ilk finalçı bəlli oldu.

“Neftçi” səfərdəki 0:1 hesabı ilə məğlubiyyətin revanşında evdə “Turan”a 2:0 hesabı ilə qalib gəldi və həlledici mərhələ yüksəldi.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov qarşılaşmanı təhlil edərkən deyib ki, “Neftçi”li futbolçular finalı daha çox istədilər:

“İlk hissədə tovuzlular topu rəqibə verərək, topsuz oyunda iştirak etdilər. Klassik Ayxan Abbasov taktikası izlədik.

Hədəf qazanılan topu tez bir zamanda müdafiənin arxasına atmaqla, əks-hücumda rəqibi yaxalamaq idi. Belə epizodlar var idi, lakin heyətdə İQ səviyyəsi yüksək oyunçu profili olmadığından, bunu reallaşdırmaq alınmadı”.

Tanınmış teleaparıcı “Turan”ın son 7 dəqiqədə buraxdığı qollarla bağlı maraqlı şərh verib:

“Elə bir yerdə, elə bir zamanda həmin nöqtədə qayda pozuntusu etmək qeyri-peşəkarlıqdır. Natan Oduvanın fikri bir neçə həftədir adının hallandığı paytaxt klubunda qalıb.

Qapıçı Kamal Bayramov isə tam bir fiaskodur! O nə cür canlı sədd qurmaqdır?! Hələ üstəlik, dayandığı yerdən qol buraxmaq ona heç yaraşmadı.

Emin Mahmudovun zərbəsi elə də qevvətli deyildi. Kamalın səhvinin “Turan”ı finaldan etməsini açıq şəkildə demək lazımdır”

Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!