Azərbaycan yığmasının və «Neftçi»nin müdafiəçisi Mert Çelik növbəti mövsümə Super Liqada başlaya bilər.
«Ağ-qaralar»ın «Başakşehir»dən icarəyə götürdüyü arxa xətt oyunçusu Türkiyənin əsas liqasına vəsiqə qazanmağa yaxın olan «Rizespor»un gündəmindədir.
Qara dəniz klubu 22 yaşlı futbolçunu sıralarına qatmaq üçün İstanbul təmsilçisi ilə danışıqlara başlayıb.
«Rizespor» TFF I Liqanın liderlərindən biridir. «Çayçılar» 32 tura 63 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində məskunlaşıb.
Lider «Samsunspor»dan sonra Super Liqaya yüksəlməyə ən real namizəd göstərilən komanda izləyicilərindən «Pendikspor»la «Eyubspor»u 5 xal qabaqlayır.
Mert Çelik 2020-ci ildən Azərbaycanda çıxış edir. O. yalnız cari mövsüm az şans qazanır.
Samir Abasovun dönəmində əsas heyətin əvəzolunmaz simalarından olan müdafiəçi Lorentsiu Regekampfın gəlişindən sonra ehtiyat skamyanın daimi sakininə çevrilib.
SPORTİNFO.AZ

