“Neftçi”nin bu futbolçusu hələ də şikayətçidir – Ağrıları var

26 Aprel 2023 14:20 Neftçi 789
“Neftçi”nin bu futbolçusu hələ də şikayətçidir – Ağrıları var

“Neftçi”nin bir futbolçusu “Turan Tovuz”a qarşı keçiriləcək Azərbaycan Kubokunun cavab oyununu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı bildirib.

O, klubun televiziyasına açıqlamasında vurğulayıb ki, müdafiəçi Azər Əliyev kollektivlə birlikdə məşqlərə qoşulmasına baxmayaraq, boynundakı ağrılardan əziyyət çəkir.

Baş həkim 29 yaşlı cinah oyunçusunun durumuna yenidən baxılacağını əlavə edib.

Bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında Tovuzda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti