Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək.
Mərhələnin böyük maraqla gözlənilən qarşılaşması Bakıda keçiriləcək.
"Neftçi" ilk görüşdə 0:1 məğlub olduğu "Turan Tovuz"u qonaq edəcək.
Amma qarşılaşmaya maraq gözlənilən qədər böyük deyil.
Belə ki, günorta saatları olmasına baxmayaraq cəmi 1893 bilet satılıb.
Bu barədə klubun mətbuat xidmətindən saytımıza məlumat verilib.
Amma ehtimal böyükdür ki, daha çox azarkeş oyun saatına az qalmış bilet almaq üçün kassaların yolunu tutacaq.
"Neftçi"nin "Turan"ı qonaq edəcəyi "Baksel Arena"nın tutumunun 10260 nəfər olduğunu bildirək.
Matç saat 20:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

