"Neftçi"nin buna ehtiyacı yoxdur, onlar bilirlər ki..."

26 Aprel 2023 10:40 Neftçi 1 431
"Neftçi"nin buna ehtiyacı yoxdur, onlar bilirlər ki..."

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək.

Birinci oyun günündə "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. İlk matçda 1:0 qələbə qazanan Tovuz təmsilçisi qarşılaşmaya ciddi hazırlaşır.

Xüsusi ilə cavab görüşünə daha çox azarkeş gəlməsi üçün bir sıra addımların atılması diqqətdən qaçmır.

Tovuzdan çox sayda fanat Bakıdakı oyun üçün səfərə yollanacaq. Klub tərəfindən bunun üçün bir neçə avtobus ayrılıb. Bakıdakı tovuzluların da oyuna gəlməsi üçün müəyyən addımlar atılır.

Hətta klubun əsas sponsoru olan "Huner Group"un rəhbəri Ehtiram Quliyev iki gün əvvəl öz sosial şəbəkə hesabından azarkeşlərə çağrış etməsi ilə yadda qaldı.

Maraqlıdır, "Neftçi" tərəfi də həlledici qarşılaşmaya daha çox azarkeş gəlməsi üçün hansısa addımlar atırmı?

Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Biz də bu istiqamətdə iş görürük. Amma "Neftçi"nin azarkeş çağırmağına ehtiyacı yoxdur.

"Neftçi" azarkeşi bilir ki, hansı vaxt və harada "Neftçi"nin yanında olmaq lazımdır. Bu baxımdan bizdə problem yoxdur.

Fanatlar dünən də komandanın məşqində iştirak etdilər. Biz də klub olaraq lazımı dəstəyi veririk".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!