“Neftçi” cütün favoriti olsa da... İstəyimizə çatacağıq”

25 Aprel 2023 16:40 Neftçi 1 163
“Neftçi” cütün favoriti olsa da... İstəyimizə çatacağıq”

Aprelin 27-28-də Azərbaycan kubokunun yarımfinal mərhələsində cavab oyunları keçiriləcək.

Bir həftə öncə səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olan “Neftçi” bu dəfə rəqibini “Bakcell Arena”da qonaq edəcək.

Hesab üstünlüyü tovuzluların tərəfində olsa da, bakılıların daha təcrübəli və imkanlı olması “Neftçi”nin final şansını artırır.

“Turan Tovuz”un CAR-lı müdafiəçisi Xulu Siyanda Sportinfo.az-a açıqlamasında qarşıdakı görüşlə bağlı fikirlərini səsləndirib:

“Bizim üçün çətin olacaq. “Neftçi” öz meydanında, doğma azarkeşlərinin qarşısında oynayacaq. Özünüz də bilirsiz ki, “Bakcell Arena”da xoş təsir bağışlayırlar.

Çempionluq əldən çıxıb deyə, bütün diqqəti kuboka ayırıblar. Məqsədləri finala adalamaq, kuboku qazanmaqdır.

“Neftçi” hər nə qədər cütün favoriti olsa da, biz də öz növbəmizdə futbol oynaya bildiyimizi və mərhələ adlamaq üçün meydanda bütün bacarığımızı qoymağa hazır olduğumuzu göstərməliyik.

İlk oyundakı 1:0 hesablı qələbə hər şey demək deyil. Bu, iki hissəli filmin ilk tamaşası idi.

Növbəti tamaşanın daha maraqlı və gərgin olacağını düşünürəm. Mərhələni adlamaq üçün bütün gücümüzü ortaya qoyacağıq.

İlk matçdakı kimi oynasaq, istəyimizə çatacağıq. Güclü komanda finala vəsiqə qazanacaq”.

“Neftçi” – “Turan Tovuz” qarşılaşması aprelin 27-də “Bakcell Arena”da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!