"Neftçi"də işləyəndə mənə o qədər zəng gəlib ki… Ona görə də pis adamam"

25 Aprel 2023 15:00 Neftçi 2 037
"Neftçi"də işləyəndə mənə o qədər zəng gəlib ki… Ona görə də pis adamam"

«Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanov şok açıqlama verib.

Hazırda menecer və «tiktoker» kimi fəaliyyət göstərən keçmiş klub funksioneri sosial şəbəkə hesabında tapşırıqla iş alan məşqçilərdən danışıb.

O, paytaxt təmsilçisində çalışdığı dönəmdə bu kimi hallarla qarşılaşdığını bildirib:

«Mən bunları görmüşəm. «Neftçi»də işləyəndə mənə o qədər zəng gəlib ki…

Ona görə də mən pis adamam. Heç kim deyə bilməyib ki, filankəsi işə götür.

Əgər savadı yoxdursa, işləməyəcək. Mənim üçün fərqi yoxdur, kim olursa olsun.

Biz gələcəyimizi kimə tapşırmalıyıq? Bilən adama. Bilməyən adama nə tapşıra bilərik axı.

Bu gün Premyer Liqanın məşqçiləri var ki, zənglə gedib işləyirlər. Bu, biabırçılıqdır! Onların kim olduğunu bilirəm.

Amma danışanda «mənəm-mənəm» deyirlər. Halbuki telefonda ona-buna yalvarıb, harasa təyinat alırlar. Ayıbdır, özünüzə hörmət edin!».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!