"Neftçi" baş məşqçisi ilə yolları ayırmağa hazırlaşırmı? – RƏSMİ AÇIQLAMA

24 Aprel 2023 14:00 Neftçi 2 285
"Neftçi" baş məşqçisi ilə yolları ayırmağa hazırlaşırmı? – RƏSMİ AÇIQLAMA

«Baş məşqçinin istefaya göndərilməsi gündəmdə deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Paytaxt təmsilçisi son həftələri uğursuz keçirir. «Ağ-qaralar» Premyer Liqanın axır 2 turunda cəmi 1 xal toplayıb və gümüş medalı qazanmaq şansını bir qədər də azaldıb.

Burada «Qəbələ»yə uduzan (1:2) və «Səbail»lə 1:1 oynayan «Neftçi» ölkə kubokunun yarımfinal mərhələsinə də məğlubiyyətlə start verib.

Tovuzda «Turan»a 0:1 hesabıyla uduzan komandanın baş məşqçisi Lorentsiu Regekamfpla bağlı xəbərlər yenidən gündəmə qayıdıb.

Rumıniyalı mütəxəssisin tezliklə istefaya göndəriləcəyinə dair çoxsaylı iddialar var. Klubun təmsilçisi yayılan informasiyalara bu cür münasibət bildirib:

«Bütün fikrimiz qarşıdakı oyunlardadır. Biz komandaya və məşqçilər korpusuna inanırıq.

Artıq hədəfimizi bilirsiz - ölkə kubokunu qazanmaq istəyirik.

Düzdür, yarımfinalın ilk görüşündə «Turan»a Tovuzda 1:0 uduzmuşuq, ancaq inanırıq ki, Bakıda keçirəcəyimiz cavab qarşılaşmasında layiqli revanş alacaq və finala çıxacağıq.

Orada da qalib gəlib, kuboku növbəti dəfə öz muzeyimizdə yerləşdirmək niyyətindəyik».

Digər Xəbərlər
Xəbər Lenti