"Neftçi"nin futbolçuları bu baş məşqçini də dəyişdirmək istəyir

23 Aprel 2023 16:30 Neftçi 1 924
"Neftçi"nin futbolçuları bu baş məşqçini də dəyişdirmək istəyir

Hazırda Premyer Liqanın ən abstrak futbolunu «Neftçi» oynayır.

Lorentsiu Regekampfdan maraqlansaq ki, bu gün komandanız necə oynayacaq, şübhə etmirəm, çiyinlərini çəkəcək, matdım-matdım üzümüzə baxacaq, ən yaxşı halda, əllini yelləyəcək.

«Neftçi»də əhval-ruhiyyə pisdir. Bu durum Samir Abasovun son aylarının eynisidir. Onda da əksər futbolçuların üzü baş məşqçidən dönmüşdü.

Getməsini istəyirdilər. Bunun üçün çalışırdılar. Məqsədlərinə çatdılar, amma əlləri yağa batmadı.

Rege Abasovun oynatdığı futbolun yarısını da oynatmır komandaya. Heyət ondakından güclü, fəqət, nəticələr ondakından pisdir.

«Neftçi» keçən yay, o cümlədən, bu ilin yanvarında bir neçə transfer reallaşdırıb. Rumıniyalı o oyunçulardan yalnız Saldanyanı özü aldırıb.

Yaponiya klubundan birillik icarəyə götürülmüş braziliyalı hücumçu ilk vaxtlar seçilirdi, artıq seçilmir.

Guya, «Neftçi»də kim performansı ilə ürək rahatladır ki, o da azarkeşləri ovundursun. Ümumi eniş diqqət çəkir.

Regenin bütün planları kubokla bağlıdır. Mövsümü qurtarmaq, gələn ili də burada keçirmək üçün titul yeganə «kozır» ola bilər.

O, texniki zonada dayanır, iş icraçıları meydanda olanlardır. Onlar isə texniki zonada dayanmış şəxsin dəyişdirilməsi üçün məğlubiyyətləri sıraya düzməkdən çəkinmir.

Nə gizlədim, mən bu düşüncədəyəm. «Qəbələ»yə keçən turdakı məğlubiyyət məndə bu fikri möhkəmləndirib.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!